<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>426</hymn_number>
<title>Fəlakət bürüyüb dünyanı İL426</title>
<lyrics>[V1]
 Fəlakət bürüyüb dünyanı, dəhşət içindədir xilqət,
 Lakin çağırmır Tanrını ,Ondan diləmir mərhəmət.

[C1]
   Ey Allahım, Sən demisən, bir gün gələcək məşəqqət,
   Sən bizə vermisən möhlət, buna verməliyik qiymət.

[V2]
 Bilin ki, əlac yolu var, Rəbb bunu açmışdır bizə,
 Rəbbi ara, Rəbbi axtar, olsun arxa,dayaq sənə.

[C2]
   Rəbbə məhəl qoymasaq biz, tövbə edib dəyişməsək,
   Sonda olarıq çarəsiz, heç kəs etməz bizə kömək.

[V3]
 Yeganə çıxış yolu var - bu İsa Məsih yoludur,
 Həyat Ondan qaynaqlanar, bizi xilas edən Odur.</lyrics>
</song>